SON XƏBƏR

RƏZALƏT! Sumqayıtda şəhid ailələrinə ev tikmək üçün bataqlıqdan torpaq verilib (FOTOLAR)

Avqust 29
15:48 2019
Sumqayıtda Yaşıl Dərə Massivində şəhid ailələrinə bataqlıq ərazilərdən torpaq sahəsi verilib.

Ərazilərin ailələrə ev tikmək məqsədilə 10 il əvvəl paylanıldığı bildirilir.

Sumqayıt Şəhər Bələdiyyəsinin verdiyi torpaqlar istifadəyə yararsız olduğu üçün şəhid ailələri illərdir orada heç bir tikinti işi apara bilmir.

Maraqlısı isə budur ki, illər ərzində heç bir qurum məsələyə diqqət yetirməyib.

Oxu.Az-ın əməkdaşı məsələni araşdırmaq üçün Sumqayıt Şəhər Bələdiyyəsi ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Vüsal Məmmədov saytımıza açıqlamasında məsələdən xəbərdar olduqlarını, problemin texniki və maliyyə səbəbindən həll olunmadığını deyib.

"Həmin ərazilər şəhid ailələrinə bələdiyyənin sabiq rəhbərliyinin vaxtında ayrılıb. Təəssüflər olsun ki, onlara o qədər də münasib olmayan yerlər verilib. Hazırda isə bələdiyyənin həm texniki, həm də maliyyə baxımdan imkanları yoxdur ki, həmin ərazini qurudub şəhid ailələrinə təqdim etsin.

Yaxın gələcəkdə imkan olan kimi bu məsələ yenidən nəzarətdən keçiriləcək. Amma indi texniki və maliyyə imkanları buna imkan vermir”.
 
Qlobal.Az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook