SON XƏBƏR

Rəsul Çunayev Balakəndə böyük coşqu ilə qarşılandı – VİDEO

Avqust 26
17:44 2016
Rio 2016 Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində iştirak edən və bürünc medal qazanan Rəsul Çunayev Balakənə gəlib.

Kanal S (Region TV) xəbər verir ki, Balakən rayon Qabaqçöl kəndində boya-başa çatan, 1-ci Avropa Oyunlarının qızıl mükafatçısı Rəsul Çunayev həmyerliləri tərəfindən böyük təntənəylə qarşılanıb.

Qarşılanma mərasimində çempionun yaxınları ilə birlikdə onun idman yoldaşları və rayon ictimaiyyəti iştirak edib. İdmançı öz təəssüratlarını bizimlə bölüşüb: "Gələn olimpiadada bürünc medalı qızılla əvəz edəcəm." – deyən idmançı bundan sonra daha da əzmlə məşqlərini davam etdirəcəyini bildirib.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook