Respublika Veteranlar Təşkilatında Heydər Əliyevi anım mərasimi keçirilmişdir
Dekabr 09
23:27
2016
9 dekabr 2016-cı tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatında Heydər Əliyevi anım mərasimi keçirilmişdir.
Əvvəlcə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, həmçinin Təşkilatın Mərkəzi Aparatının əməkdaşları ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, abidə önünə əklil və tər gül dəstələri qoymuşlar. Daha sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında veteranlar, ziyalılar, gənclər, media nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.
Əvvəlcə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, həmçinin Təşkilatın Mərkəzi Aparatının əməkdaşları ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, abidə önünə əklil və tər gül dəstələri qoymuşlar. Daha sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında veteranlar, ziyalılar, gənclər, media nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.
Təşkilatın mətbuat xidmətindən Qlobal.az-a verilən məlumatda deyilir ki, tədbir
başlamazdan əvvəl Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, e/o polkovnik Cəlil
Xəlilov açmış Heydər Əliyevin həyatı və fəaliyyəti
barədə geniş məlumat vermişdir. C.Xəlilov demişdir: "Bu gün biz burada Azərbaycanın dahi oğlu, böyük dövlət adamı və görkəmli siyasətçi,
xalqımız qarşısında tarixi xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün
toplaşmışıq. Heydər Əliyev haqqında indiyədək çox kitablar yazılıb, çox fikirlər
deyilib, gələcəkdə də yazılacaq və deyiləcək. Ancaq ayrılıqda götürülmüş
heç bir kitab və fikir bu dahi şəxsiyyətin bütün məziyyətlərini tam aça bilməz.
Heydər Əliyevi xalqın, dövlətin tarixində əbədi
yaşadan ən mühüm cəhətlərdən biri, bəlkə də birincisi onun Azərbaycanın ən çətin zamanlarında idarəetmə sükanını inamla ələ
alaraq xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu tarixi inkişafın yeni mərhələsinə
çıxarmaq bacarığıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir
insan kimi Heydər Əliyev dünyanın ən böyük dövlət
adamları olan Bismark, Atatürk, Adenaur və digərlər ilə bir sırada
dayanır. Yaxın vaxtlarda biz Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd etdik. Azərbaycan xalqı tarixi nailiyyəti olan
Dövlət müstəqilliyinin bərpasının 25-ci ilini bayram etdi. Ancaq hamənıza yaxşı
məlumdur müstəqilliyinin bərpası ərəfəsundə Azərbaycan hansı çəlalarla qarşılaşmışdı.
Torpaqlarımıza təcavüz edən erməni daşnakları öz havadarlarının dəstəyi ilə
Dağlıq Qarabağı Azərbaycandan qoparmağa
çalışırdılar. Azərbaycan xalqının əzəli arzusu olan dövlət müstəqilliyinə
qovuşmaq ideyası geniş vüsət aldığı bir vaxtda Sovet İmperiyası Bakıda 20
Yanvar qırğını törətdi. Ancaq İmperiyanın tankları da azadlığa gedən yolun
qarşısını kəsə bilmədi. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin
ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat
konfransında yanvarın xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət
verməsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. Azərbaycan daha böyük inad və inamla müstəqilliyə
doğru irəlilədi və buna nail oldu. Ancaq müstəqillik əldə olunsa da, ölkədə
daxili və xarici pozucu qüvvələrin fəallaşması, hakimiyyətə gəlmiş komandanın
səriştəsizliyi və davam etməkdə olan erməni təcavüzü respublikada vəziyyətin
gərginləşdirmişdi. Bəzi silahlı
dəstələrin başıpozuq hərəkətləri, daxildə qardaş qırğını və vətəndaş müharibəsinə
zəmin yaranması bu gərginliyi daha da artırmışdı. 1993-сü ilin əvvəllərindən
ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın
bir dövlət kimi varlığına birdəfəlik son qoyulması təhlükəsi ilə üzləşdirmişdi.
1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı daha kəskin xarakter alımış,
Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı”.
Cəlil Xəlilov daha sonra demişdir: "Azərbaycanın görkəmli oğlu böyük
vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz onun yanında olmalı
idi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü
il iyunun 9-da Bakıya gəldi və bununla da daxili, xarici düşmənlərimizin bütün
planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər vətəndaş
qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider
Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra "olum, ya
ölüm" ayrıcında qalmış Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə
çevrilmək yoluna qədəm qoydu”.
Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi, iqtisadi sahədə qazandığı
böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun qüdrətli dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına
çıxmasından danışmışdır.
Tədbir ikinci Dünya müharibəsi
veteranları İsmayıl Fərəcov, Ömər Ağayev, Seyfulla Baxışov, Damət Nəbiyev, e.o
polkovnik Adil Haqverdiyev, e.o polkovnik Həsən Əmirov və digərlərinin
çıxışları ilə davam etdirilmişdir.
Qlobal.az