SON XƏBƏR

Respublika Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Yanvar 20
11:06 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
 
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı "Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndi.
 
***
 
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəlmişdilər.
 
***
 
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edirdilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook