SON XƏBƏR

Rəsmi İrəvan Sərkisyana sui-qəsd xəbərini şərh etmədi-erməni prezident yeni tamaşa hazırlayıb?

Yanvar 17
17:29 2017
Ermənistanın Prezident Aparatı ölkə prezidenti Serj Sərkisyana qarşı sui-qəsd cəhdinin planlaşdırılması ilə bağlı mətbuatda gedən xəbəri şərh etməyib. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. 


Məlumatda deyilir ki, prezidentə qarşı sui-qəsd cəhdinin olub-olmadığı rəsmi şəkildə nə təsdiq, nə də təkzib edilib. Ermənistanın milli təhlükəsizlik xidmətindən erməni jurnalistin sualına cavab olaraq bildirilib ki, onlarda prezidentə qarşı planlaşdırılan hansısa hərəkət barədə məlumat yoxdur. Prezidentin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan da məsələni şərh etməkdən yayınıb. Qeyd edək ki, Ermənistanın "Joxovurd” qəzeti Sərkisyana sui-qəsd cəhdinin olması barədə xəbər yayıb. Qəzet iddia edib ki, prezidentin yanvarın 5-də gözlənilmədən məzuniyyətə getməsi və Eçmiədzin kilsəsindəki ənənəvi yeni il mərasiminə qatılmamasının səbəbi potensial təhlükədən qorunmaq cəhdi olub.


Ancaq o da istisna deyil ki, S.Sərkisyan növbəti oyun qurub və bu yolla özünü potensial rəqiblərindən xilas etmək istəyir. Bundan əvvəl erməni prezident İrəvanın mərkəzində "silahlı qiyam” tamaşasını qurmuşdu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook