SON XƏBƏR

Rəsmi Bakı: Sergey Lavrovun Qarabağla bağlı açıqlamasını alqışlayırıq

Yanvar 16
00:11 2018
Azərbaycan tərəfi Rusiya Federasiyası xarici işlər naziri SergeyLavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Rusiyanın XİN rəhbəri Sergey Lavrov bazar ertəsi Moskvada ilin yekunlarına dair keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi mərhələli yanaşma tələb edir:

"Bu problemi bir sənədlə birdəfəlik tam həll etmək alınmayacaq. Ona görə də hazırda mümükün olan razılıqlar və sonradan yekun həll üçün üzərində işlənməsini tələbə edən məsələlər, o cümlədən Dağlıq Qarabağın statusu əsasında mərhələli yanaşma lazımdır. Odur ki, hər şey tərəflərin özlərindən asılıdır".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook