SON XƏBƏR

Rəşadət Axundov Nidadan istefa verib

Fevral 14
11:55 2017
Rəşadət Axundov Nida Vətəndaş Hərəkatının üzvlüyündən istefa verib

Bu barədə R.Axundov özü məlumat yayıb.

O, ictimai-siyasi fəaliyyətini dayandırdığını da qeyd edib.

"Bizim səhvimiz həbsxanada əfv müraciəti yazdıqdan sonra hər şeyi sonlandırmamağımız idi. Çünki yeni bir proses başlatmışdıq, amma sona çatdıra bilmədik. Yoldaşlarımızın ümidini qırmışdıq. Hamının, xüsusilə yoldaşlarımın, ən yaxın dostlarımın yanında alnım açıq, vicdanım təmizdir. Onlardan gizli heç vaxt heç nəyim olmayıb. Bütün bu illər ərzində nə vicdanıma, nə dostlarıma xəyanət etmişəm, təmizliyimə xələl gətirməmişəm" - deyə, R.Axundov əlavə edib.

Qeyd edək ki, R.Axundov 2013-cü ildə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) maddəsilə ittiham irəli sürülüb. Nida üzvü 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı əfv sərəncamı ilə R.Axundov azadlığa buraxılıb.

R.Axundov həbs edilənən qədər Nida-nın İdarə Heyətinin üzvü olub. Sonradan İdarə Heyətinin üzvlüyündən çıxaraq təşkilatda sıravi üzv kimi qalmışdı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook