SON XƏBƏR

Rəşad Camalovun Rusiya vətəndaşlığı ciddi suallar yaradır...

Yanvar 20
15:43 2020
Xarici ölkə vətəndaşları və ya ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə deputatlığa namizəd ola bilməzlər. Amma belə görünür ki, olur..

46 saylı Şirvan seçki dairəsində namizədliyi qeydə alınan mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalovun Rusiya vətəndaşlığı da var, bu haqda araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində yazıb:

"Bilmirəm, MSK 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Camalovun başqa ölkə vətəndaşlığının olub-olmadığını müəyyənləşdirə bildimi?

Sizə təqdim etdiyim məlumatlardan aydın olur ki, keçmiş müdafiə sənayesi naziri mərhum Yavər Camalovun oğlu Rusiya vətəndaşı olub. Rəşad Camalovun hələ 2008-ci ildə Moskva 46 saylı Regional Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyata alınarkən Rusiya vətəndaşlığı olub. Reyestrdəki məlumatlar 2017-ci ildə də aktual olub və Camalovun üç il öncə də Rusiya vətəndaşlığının olduğunu göstərir. Amma Camalovların Rusiyadakı biznesi haqqında daha geniş yazı olacaq”.
 


Qeyd edək ki, deputatlığa namizədin Azərbaycan vətəndaşlığını nə vaxt alması haqda məlumat yoxdur. Qeyd edək ki, xarici ölkə vətəndaşları və ya ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə deputatlığa namizəd ola bilməzlər.
 
Mənbə: pia.az
 
Qlobal.az 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook