SON XƏBƏR

Rəşad Atakişiyevin evində vida mərasimi keçirilir (FOTOLAR)

Avqust 21
10:46 2019
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.

Qlobal.az APA-ya istinadən xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir. Saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

Mərhumun qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, pilotun 3 və 7 mərasimi sabah, yəni iyulun 22-də Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook