SON XƏBƏR

Rəis oğlundan imtina edib istədiyi oğlanla qaçan qız nələrdən danışdı? (VİDEO)

Dekabr 14
14:31 2016
Azərbaycanda polis rəisinin gəlinin qaçırılması ilə bağlı yeni məqamlar üzə çıxıb.

Qeyd edək ki, bir neçə gün əvvəl bildirilirdi ki, rayonlardan birinin polis rəisinin oğlunun nişanlısı başqa birinə qoşularaq qaçıb. Məlumata görə, Ağcabədi rayonunda yaşayan qızla rəisin oğlu 3 il nişanlı olub. Lakin rəis oğlu ilə evlənmək istəməyən qız öz rayonundan olan bir oğlanla qaçmaq qərarına gəlib.

Onların bu əməlindən xəbər tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib.  Bundan sonra bir müddət "Baku Post”un məlumatına görə, bundan sonra bir müddət oğlanın yaşadığı ev polis mühasirəsinə alınaraq qızın geri qaytarılması tələb olunub.

Daha sonra mətbuat yazdı ki,  gəlini qaçırılmış şəxs müvəqqəti olaraq Ağcabədidə yerləşdirilmiş Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimovdur. Qaçırılan qızın atası isə Ağcabədidəki "Gənclik” restoranın sahibi Şahin adlı şəxsdir.

Gənclərin yerini müəyyən etmək üçün axtarış tədbirləri həyata keçirilib. Rəis oğlunun nişanlısını qaçıran şəxsin qardaşı və atası sorğu-suala çəkilib. Axtarış tədbirləriqızın atasınn şikayəti əsasında aparılır.

Mənbə bildirib ki, qız öz istəyi ilə qoşulub getdiyinə dair ismarış göndərsə də, axtarış tədbirləri dayandırılmayıb.

Ağcabədi rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli isə hadisə ilə bağlı danışarkən "Qafqazinfo”ya bildirib ki, Ağcabədidə toyu olan 1996-cı il təvəllüdlü 17 yaşlı şərti adı (A.Z) olan gəlin məclisdən sonra ər evinin qapısından birbaşa polis şöbəsinə gəlib: "Qız gəlinlik paltarında dayısı arvadı ilə birlikdə şöbəyə gəlmişdi. Gəlin iddia edirdi ki, o öz həmyaşıdı olan dayısı oğlunu sevir. Onunla birlikdə gələn dayısı arvadı da bildirdi ki, qızı öz oğluna almaq istəyindədir. Biz gəlindən soruşduq ki, madam ki, belə idi bəs nəyə görə toyun olmasına razılıq verib, prosesin bura qədər irəliləməsinə mane olmayıb? Mübahisəli vəziyyəti araşdırmaq üçün bəy tərəfi də polisə dəvət etdik, onları dindirdik. Oğlan tərəfin bu işdə heç bir günahı yoxdur.

Gəlinə sual verirəm ki, toyda iştirak etmisənmi, oynamısanmı? Deyir bəli rəis oynamışam. Deyirəm ki, bəs necə razı olmayıbsan ki, toyda iştirak edibsən, oynayıbsan?..
 
Maraqlıdır ki, bəy də gəlib dedi ki, əgər qız etiraz eləmirsə heç nə olmamış kimi götürüb evinə apara bilər. Gəlin bir müddət tərəddüd elədi. Lakin yekun olaraq dedi ki, yox, öz dayısı oğlunu sevir və onunla ailə qurmaq istəyir. Bütün qohumlarının da fikri bu oldu ki, zorla iş görmək olmaz və hər birinin izahatı alınandan sonra getdilər. Gəlin də qayıdıb atası evinə getdi. Məsələ bununla da bitdi”.

Amma Ağcabədidən gələn məlumata görə, məsələ heç də bununla bitməyib və Laçının polis rəisi qızın qoşulub qaçdığı oğlana və onun ailəsinə təzyiq göstərmək istəyir.  Onun tapşırığı ilə bu istiqamətdə bir sıra addımlar atılıb. Ancaq qızın qaçdığı oğlanın Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Həsənovla eyni kənddən olması və uzaq qohumluq əlaqələrinin mövcudluğu polis rəisinin əl-qolunu biraz bağlayır. Bu arada isə toy günü başqasına qoşulub qaçan qızın bu addımı öz istəyi ilə atdığını bildirməsi əks olunan videogörüntü yayılıb. Həmin videoda qız məcbur qaçırılmadığını və qaçmazdan öncə M.Kərimovun oğlu ilə evlənmək istəməməsi barədə atasına dediyini bildirir.

Həmin videonu təqdim edirik:
 
 
Qlobal.az 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook