SON XƏBƏR

“Real"la oyundan sonra Enrike mənə dedi ki..." - Messi

İyun 05
14:26 2017
"Barselona"nın futbolçusu Lionel Messi sabiq baş məşqçisi Luis Enrike ilə bağlı açıqlama verib.
 
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu deyib ki, ötən mövsüm La Liqanın 32-ci turunda "Real"la oyundan (3:2) sonra L.Enrike ona ən yaxşı futbolçu olduğunu söyləyib:
 
"Real" matçda sonra Enrike mənə futbol tarixinin ən yaxşı oyunçusu olduğumu dedi".
 
Qeyd edək ki, L.Messi sözügedən qarşılaşmada dubla (33, 90+2 dəqiqə) imza atıb. O, hesab 2:2 ikən matça əlavə olunmuş son dəqiqədə komandasının qələbə qolunu vurub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook