SON XƏBƏR

Rayonlara gediş-gəlişin bərpası ilə bağlı rəsmi açıqlama

May 18
17:53 2020
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov rayonlara gediş-gəlişin açılması ilə bağlı açıqlama verib.

Qurum rəsmisi Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında bunun sanitar-epidemioloji vəziyyətdən asılı olduğunu bildirib:

"Rayonlara gediş-gəliş və ölkə sərhədlərinin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır".

O deyib ki, mütəxəssislər gediş-gəlişin əhali üçün təhlükəli olmamasını nə zaman mümkün hesab etsələr, bu barədə qərar veriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook