SON XƏBƏR

Raul Kastro Kuba prezidenti vəzifəsindən gedir

Aprel 17
11:18 2018
Cümə axşamı, aprelin 19-da Kubanın prezidenti Raul Kastro vəzifəsindən gedəcək

"Rossiyskaya qazeta” xəbər verir ki, parlamentin növbəti sessiyasında R.Kastro istefa verdiyini bildirəcək. 

O, 2008-ci ildən – qardaşı Fidel Kastro səhhətinə görə istefa verdikdən sonra bu vəzifəni tutur.

Lakin Raul Kastro siyasətdən getmir. O, daha vacib və əhəmiyyətli post sayılan Kuba Kommunist Partiyasının başçısı olaraq qalacaq.

Kastronu prezident vəzifəsində 58 yaşlı vitse-prezident Migel Mario Dias-Kanel Bermudesin əvəzləyəcəyi gözlənilir. Özünün əvvəlki nadir çıxışlarından birində Bermudes Havanadakı Avropa ölkələrinin səfirliklərini Kuba inqilabina qarşı fəaliyyətdə ittiham etmişdi.(Virtualaz.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook