SON XƏBƏR

Rauf Əliyev: Respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla gedir

Avqust 19
00:16 2017
«Ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması mühüm rol oynayır». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
 
R.Əliyev bildirib ki, dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi öz növbəsində çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. Onun sözlərinə görə, ölkə üzrə yaradılan yeni iş yerlərinin böyük əksəriyyəti bölgələrin payına düşür.
 
«2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb. Azərbaycan yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də diqqət mərkəzində saxlayır. 2017-ci ilin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla gedir»- deyə, R.Əliyev vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook