SON XƏBƏR

Rauf Əliyev: Ölkəmizdə turizmin daha da inkişafı üçün geniş potensial var

Mart 29
15:35 2017
«Bu gün Azərbaycanda geniş turizm infrastrukturu mövcuddur. Bakı  ilə yanaşı, respublikamızın  regionlarında da  nəhəng turizm obyektləri fəaliyyət göstərir». Bu fikirləri Milli  Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
 
R.Əliyev bildirib ki, mövcud turizm obyektləri müasir standartlara cavab verir. Onun sözlərinə görə, hazırda ilin bütün fəsillərində yerli və xarici turistlərə istirafhət üçün bütün imkanlar yaradılıb.
 
«Hazırda ölkəmizdə 150-dən çox turizm şirkəti və 100-dən çox mehmanxana kompleksi fəaliyyət göstərir. Bakıda və bölgələrdə yerləşən bu obyektlər ilin bütün fəsillərində xaricdən gələn turistlərlərin məkanına çevrilib. Bu sahə indi də inkişaf etməkdədir. Çünki ölkəmizdə turizmin daha da inkişafı üçün geniş potensial var. «Turizm haqqında» yeni qanun layihəsi hazırlanır ki, bu sənəd də turizmin inkişafına ciddi təkan verəcək»- deyə, R.Əliyev vurğulayıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook