SON XƏBƏR

Rauf Əliyev: Dövlətimiz koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib

May 18
00:35 2020
"Bu gün dünyada elə bir dövlət yoxdur ki, pandemiyanın doğurduğu çətinliklər qarşısında qalmasın. Bildiyiniz ki, pandemiya proqnozlaşdırılan, planlaşdırılan bir problem deyildi ki, hökumət əvvəldən buna hazırlaşsın. Ancaq Azərbaycan dövləti koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib. Bu gün dövlətimiz əsas gücünü vətəndaşın yaşamaq hüququna təhdid yaradan koronavirus infeksiyası ilə mübarizəyə yönəldib. Dövlət başçısının özünün də qeyd etdiyi kimi, "əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı.” Dövlətin burada əsas məqsədi odur ki, vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək”.
 
Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Millət vəkilinin sözlərinə görə, dünya təcrübəsi də göstərir ki, yoluxma sürəti olduqca yüksək olan bu virus pandemiyası ilə mübarizənin effektli nəticəsi önləyici, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından çox asılıdır. Cənab Prezidentin tapşırığı ilə ölkəmizin bütün resursları səfərbər olunub və koronavirus epidemiyası ilə ardıcıl, sistemli, çoxşaxəli mübarizə aparılır. Sərhədlərin bağlanması, xaricdə olan 15 mindən çox vətəndaşımızın ölkəyə gətirilməsinin və karantin rejiminə keçirilməsinin təmin edilməsi, müayinə test və laboratoriya ləvazimatlarının, eləcə də müalicə vasitələrinin alınıb gətirilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil olunması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, koronavirus infeksiyasının mənfi təsirlərinin azaldılması məqsədi ilə dövlət büdcəsindən başlanğıc olaraq 1 milyard manat vəsaitin hökumətə ayrılması, iki həftəlik sərt karantin rejiminə keçilməsi və s. kimi tədbirlər Azərbaycan dövlətinin bu ümumbəşəri bəla ilə mübarizədə nə qədər güclü və əzmkar olmasının, dövlət başçısının siyasi müdrikliyinin və qətiyyətinin göstəricisidir.

"Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq mənim deputat seçildiyim 13 saylı Xəzər-Pirallahı seçki dairəsinə aid olan Xəzər və Pirallahı rayonlarının İcra hakimiyyətləri tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti , Xəzər və Pirallahı rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birlikləri tərəfindən xüsusi texniki vasitələrlə bu rayonların bütün qəsəbələrində , küçələrdə, yollarda, parklarda, yaşayış binalarının həyətlərində və girişlərində dizinfeksiya işləri aparılır. Eyni zamanda, mütəmadi olaraq rayonların ərazilərindəki məişət tullantıları konteynerlərində və meydançalarında, məhəllələrdəki idman-əyləncə qurğularında, yeraltı piyada keçidlərində yol kənarlarında və səkilərdə, dayanacaqlarda və ticarət obyektlərinin ətrafında da dizinfeksiya işləri aparılır. "Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən layihə çərçivəsində Xəzər və Pirallahı Rayon İcra Hakimiyyətləri və YAP-nın Xəzər və Pirallahı Rayon təşkilatları tərəfindən Xəzər və Pirallahı rayonlarında yaşayan şəhid ailələrinə, Qarabağ müharlbəsi əlillərinə, 65 yaşdan yuxarı olan vətəndaşlarımıza və digər imkansız ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanmışdır. Rayon sakinləri bu xeyirxah aksiyaya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışına ciddi şəkildə əməl etməlidir” "Əməl olunmalıdır ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək. Çünki üzləşdiyimiz sınaqdan birliyimiz və həmrəyliyimizlə xilas ola bilərik”-deyə, deputat qeyd edib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook