SON XƏBƏR

Rauf Arifoğludan daha bir kreativ addım: Seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - VİDEO

Fevral 03
22:55 2020
Fevral ayının 3-də seçkiqabağı təşviqat prosesi çərçivəsində 35 saylı Xətai üçüncü secki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu (Abbasov) daha bir fərqli kampaniyaya imza atıb. Belə ki, namizəd 35 saylı dairənin ərazisində ictimai nəqliyyatlarla bağlı şikayətlərin çox olmasını nəzərə alaraq, ictimai nəqliyyatdakı durumu şəxsən öyrənmək üçün sözügedən ərazidə bir neçə marşrut avtobusuna minib. 
 
Sərnişin avtobusunda sərnişinlərlə görüşüb, onların problemlərini dinləyən namizədin bu addımı maraq və təəccüblə qarşılanıb.
 
Qlobal.az videonu təqdim edir:
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook