SON XƏBƏR

Rasim Ocaqovun adına təqaüd təsis olundu

Fevral 14
12:02 2017
Rasim Ocaqovun adına təqaüd təsis olundu
 
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Şöhrət ordenli görkəmli kinorejissor Rasim Ocaqovun adına təqaüd təsis olunub.
 
Qaynarinfo.Az-ın xəbərinə görə, Rasim Ocaqov adına təqaüdə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissor ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi (Xalq artisti, professor Eldar Quliyevin emalatxanası) Mafər Fuad oğlu Həsənov layiq görülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook