SON XƏBƏR

“Raquf Orucov Kuboku” turniri keçiriləcək

Aprel 19
22:20 2017
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və "Judo Club 2012”nin təşkilatçılığı ilə aprelin 20-də 21 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında beynəlxalq turnir keçiriləcək.
 
AZƏRTAC xəbər verir ki, turnir aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər hərbçilərimizin əziz xatirəsinə həsr edilib.
 
"Raquf Orucov Kuboku” turnirində Azərbaycan ilə yanaşı, Rusiya, İran və Gürcüstanın klub komandaları da iştirak edəcəklər.
 
Turnir Bakı İdman Sarayında təşkil olunacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook