SON XƏBƏR

Ramin Quluzadə ayda 30 min manat "paket" alan nazir müavinlərini vəzifədən azad etdi

Yanvar 18
20:36 2018
Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki müavin vəzifədən azad olunub. 

Qlobal.Az "Unikal.org”a istinadən məlumatına görə, qurumda aparılan islahatlara görə, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifə ixtisar olunub.

Əvəzində isə Əli İzzət oğlu Abdullayev nazirin rabitə üzrə müavini təyin edilib.
 
Qlobal.az olaraq qeyd edək ki, Elmir Vəlizadə və İltimas Məmmədovun adları "MTN işi"ndə qalmaqalda hallanmışdı. Belə ki, məhkəmə prosesində ifadə verən Elmir Vəlizadə ayda 50 min manat "paket” aldığını etiraf edən digər nazir müavini İltimas Məmmədovla eyni məzmunlu ifadə verərək keçmiş nazir Əli Abbasov tərəfindən ona aylıq olaraq əvvəllər 3 min manat, sonradan 15 min manat, son dövrlərdə isə 30 min manat «paket» şəklində pulların verildiyini təsdiqləmişdi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook