SON XƏBƏR

Ramin Hacılı barəsində iki aylıq həbs qərarı verildi

İyun 20
12:20 2018
Dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Ramin Hacılı istintaq təcridxanasına göçürülüb
 
Dövlət sərhədini qanunsuz keçmək istəyərkən saxlanılan Ramin Hacılı barəsində cinayət işi başlanılıb.
 
"Report"un əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
 
Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
O, ittihamı qəbul etmədiyini deyib.
 
Daha sonra R.Hacılı Bakı İstintaq Təcridxanasına köçürülüb.
 
Hazırda DSX-nın İstintaq İdarəsi tərəfindən istintaq araşdırmaları davam etdirilir.
 
Qeyd edək ki, DSX-nın yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ba­la­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zastava­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan Res­pub­likası vətəndaşı – 1983-cü il tə­vəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin Azad oğlu saxlanılıb.
 
İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahə­sindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona kömək et­məsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.
 
R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qay­tar­mağa çalışmasını bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook