SON XƏBƏR

Ramil Usubov Qarabağ rayonlarından olan şikayətçiləri qəbul edəcək

May 10
11:48 2017
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il may ayının 27-də saat 10:00-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
 
DİN-in mətbuat xidmətindən Musavat.com-a veilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
 
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook