SON XƏBƏR

Ramil Usubov kollektivlə sağollaşdı: Vilayət Eyvazov nazir qismində təqdim edilir

İyun 21
13:21 2019
Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

"Report”un xəbərinə görə, hazırda yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət  Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib. Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook