"Railvet firmasının saxtakarlıqları nəticəsində 13 baş iribuynuzlu inəklərim tələf oldu" - Ölkə rəhbərliyinə şikayət
Sentyabr 25
09:43
2018
Şamaxı rayonu Göylər kənd sakini İsmayılov Aqil Əbilcan oğlu tərəfindən Qlobal.az-ın elektron poçtuna şikayət məktubu daxil olub.
Şikayət məktubunu olduğu kimi təqdim edirik:
"Azərbaycana baytarlıq dərmanlarının xarici ölkələrdən gətirib satışı ilə məşğul olan Railvet firmasının saxtakarlıqları nəticəsində respublikada kütləvi şəkildə mal-qara tələf olmuşdur. Həmin şəxslərdən biri mənəm ki, 25 may 2018-ci il tarixdə Railvet firmasının gətirdiyi iribuynuzlu heyvanların gənə parazitlərinə qarşı olan diactdol dərmanı alıb qeyd edilən miqdarda su ilə qarşıdırıb mal-qaramı təlimata uyğun çimizdirdim. Bundan bir-neçə dəqiqə sonra 13 baş iribuynuzlu inəklərim tələf oldu. Bunun isə həmin diactdol adlı dərmandan baş verdiyi mənə izah edildi. Sonradan öyrəndim ki, Ralivet firmasının gətirdiyi həmin diactdol adlı dərmandan iki il ərzində Azərbaycanda yüzlərlə iribuynuzlu heyvanlar tələf olub. Bu dərmanı İoradiya ölkəsindən Azərbaycana gətirən Ralivet firmasının Rauf adlı sahibi cinayət məsuliyyətinə cəlb edilib həbsə atılmalıdır.
Qeyd edim ki, Ucar rayonu Bərgüşad kəndində aparılan eksperiment video çəklişinə şəxsən baxmışam və yaxın günlərdə ictimayiyyətə təqdim olunacaq. Buda tam hüquqi əsas verir ki, kənd təsərrüfatına, Azərbaycan xalqına kütləvi ziyanlar vuran Railvet firmasının Rauf adlı sahibi cinayət məsuliyyətinə cəlb edilib həbsə atılsın. Həttda öz cinayət əməlini gizlətməyə çalışan Railvet firmasının sahibi Rauf video çəklişin yayaılmaması üçün Ucar rayon Bərgüşad kənd sakininə dəymiş ziyanı oradaca ödəmişdir. Həmin kadrlarda video çəklişdə var. Railvet firmasının gətirdiyi dictdol dərmanından tələf olmuş 13 baş mal-qaranın dəyərinin mənə ödənilməsi üçün mərkəzi orqanlara etdiyim şikayətlərə müsbət cavab ala bilməmişəm.
"Railvet" firmasından məsələyə münasibət öyrənə bilmədik.
Adıçəkilən şəxslər və qurumlar mövqe bildirə bilər.
Qlobal.Az