SON XƏBƏR

Rafiq Hüseynovla vida mərasimi keçirilir

Noyabr 03
11:04 2017
Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

Musavat.com xəbər verir ki,  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan mərasim saat 10:00-da başlayıb və 12:00-dək davam edəcək.

Xalq artistinin son görüşünə sənət dünyasının tanınmış simaları və ailə üzvləri qatılıb.

Mərhum II Fəxri xiyabanda dəfn olunacaq. Onun  yas mərasimi isə Heydər Məscidində keçiriləcək
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook