SON XƏBƏR

"Radikal islamçı terrorizm" ifadəsi ABŞ-nın maraqlarına uyğun deyil - Makmaster

Fevral 27
13:30 2017
ABŞ prezidenti Donald Trampın yeni təyin etdiyi Milli Təhlükəsizlik məsləhətçisi general-leytenant H.R.Makmaster sələfi Maykl Flindən fərqli olaraq Trampla bir sıra məsələlərdə razılaşmır. Təyin olunduqdan sonra ötən həftə Şuranın bütün heyəti qarşısında çıxış edərkən "radikal islamçı terrorizm" ifadəsinin ABŞ-nın hədəflərinə uyğun olmadığını deyib.
 
Musavat.com-un cnn.com saytına istinadən verdiyi xəbərə görə, rəsmi nümayəndə bildirib ki, Milli Təhlükəsizlik Şurasının iclasında Makmaster "radikal islamçı terrorizm" ifadəsinin terrorizmlə mübarizədə müttəfiqlərlə işləmək üçün kömək etməyəcəyini deyib.
 
"Bu ifadə doğru deyil, çünki İŞİD kimi terrorçu təşkilatları İslamı təhrif edirlər və onlar islam əleyhinədirlər", - Makmaster iclasda deyib.
 
Administrasiya rəsmisi bildirib ki, Trampla Makmaster arasında sözü gedən ifadə ilə bağlı fikir ayrılığı o demək deyil ki, prezident səhv edir. Eyni zamanda bildirilib ki, Makmaster Rusyanı dost yox, düşmən kimi görür və Ağ Ev strateqi Stiv Bannonun əksinə olaraq Avropa ölkələri ilə daha güclü əlaqələr qurulmasının tərəfdarıdır. O, II dünya müharibəsindən sonrakı qaydanı əsas tutaraq bildirib ki, sülhü və təhlükəsizliyi bərqərar etmək üçün bu vacıbdir.
 
Xatırladaq ki, Tramp ötən həftə "Mühafizəkar siyasi fəaliyyət" konfransında çıxış edərkən terroristləri "radikal islamçılar" adlandırıb. O, "biz bütün terrorist radikal islamçıları ölkədən çıxaracıq. Bu yoldan geri çəkilməyəcəyik" deyərək sərt qaydaların yolda olduğunu vurğulamışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook