SON XƏBƏR

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 82-yə çatıb

İyun 07
00:47 2018
Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 75 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, bu gün təbii fəlakət zamanı həyatını itirən daha 6 nəfərin meyiti aşkarlanıb, daha bir nəfər xəstəxanada keçinib.

Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb. Ölkədə üç günlük matəm elan edilib.

Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook