SON XƏBƏR

Qüsursuz Nitq Korreksiya Mərkəzi Qazaxıstanda keçirilən loqopedlər konfransında ölkəmizi təmsil edib

Dekabr 11
00:57 2017
Qazaxıstanda Avrasiya İnnovasiyalar Universitetinin təşkilatçılğı ilə dünya loqopedlərinin konfransı keçirilib. 

Konfransda Azərbaycanı Qüsursuz Nitq Korreksiya Mərkəzinin rəhbəri Esmira Qafarova təmsil edib. Mərkəz rəhbəri konfrans iştirakçılarına ölkədə kəkələməyə qarşı apardıqları müalicədən və həyata keçirtdikləri layihələr barəsində məlumat verib. 
 
Konfransın təşkilatçısı olan Qazaxıstan Avrasiya İnnovasiyalar Universitetinin rəhbəri tədbirdə iştirak etdiyinə görə Esmira Qafarovanı diplomla təltif edib. 

Qeyd edək ki, Qüsursuz Nitq Korreksiya Mərkəzinin rəhbəri Azərbaycanda həyata keçirilən qüsurlu nitq adlanan kəkələmənin effektiv müalicə proqramları ilə bağlı Qazaxıstan televiziyasına müsahibə verib.

Qlobal.az
 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook