SON XƏBƏR

Qurban Qurbanov: "Rəqib baş məşqçi hələ də şanslarının olduğunu deyib"

İyul 12
00:18 2017
"Samtredia"ya 5:0 hesabı ilə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransı keçirib. "Qaynarinfo" sport7.az-a istinadən xəbər verir ki, mütəxəssis böyükhesablı qələbəni belə dəyərləndirib: 

 "Aqressiv oynayırdılar. Topla yaxşı davranırdılar. 4:0 məğlub olsalar belə, bunu qəbul etmirdilər. Eşitdiyimə görə baş məşqçi hələ də şanslarının olduğunu deyib. Oyun çətin başladı, xüsusən də ilk hisssə. Amma futbolçular xarakter göstərdilər. Azarkeşlərimizin də böyük payı oldu. Növbəti oyuna qədər çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq".
 
- Yeni transferlərin hansından razı qaldız?

- Hər ikisi təcrübəli futbolçudu. Amma deyə bilmərəm ki, tam razı qaldım. Nəticə vermək üçün yaxşı çalışmalıdılar. Oyun intizamından razı qaldım. 
 
- Rəşad Sadıqovun zədəsi nə yerdədi?

- Bu haqda sabah məlumat verə bilərik. Həkimlərin müayinəsindən sonra.
 
- Çempionlar Liqasında qarşınızdakı məqsəd nədi?

- Maksimum irəli getməyə çalışırıq. Transferlərimiz alınsa, davam edəcək. Əlimizdə olan heyətə görə qələbə qazanmağa çalışacağıq. İstənilən halda yeni futbolçular dəvət etməyə çalışacağıq. Ciddi turnirdi. Hər kəs ölkəsinin çempionudu. Zəif komanda yoxdu. Maksimum nəticə üçün mübarizə aparacağıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook