SON XƏBƏR

Qurban Qurbanov millinin heyətini açıqladı: kimlər var?

May 22
03:16 2018
Millimizin qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 27 futbolçuya dəvət göndərib. Onlardan 4 nəfəri legionerdi. Baş məşqçi Ufuk Budakı uzun fasilədən sonra milliyə qaytarıb.

Qeyd edək ki, yığmamız mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı, mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək.

Qapıçılar: Kamran Ağayev ("Keşlə”), Anar Nəzirov ("Zirə”), Səlahət Ağayev ("Neftçi”).
 
Müdafiəçilər: Ürfan Abbasov, Təmkin Xəlilzadə, İlqar Qurbanov (hamısı "Qəbələ”), Maksim Medvedev, Bədavi Hüseynov (hər ikisi "Qarabağ”), Ruslan Abışov ("Neftçi”), Rahil Məmmədov ("Səbail”), Slavik Alxasov ("Keşlə”), Pavel Paşayev ("Aleksandriya”, Ukrayna), Ufuk Budak ("Samsunspor”, Türkiyə).
 
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı "Qarabağ”), Namiq Ələsgərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı "Neftçi”), Ruslan Qurbanov, Cavid Hüseynov (hər ikisi "Qəbələ”), Cavid İmamverdiyev ("Sumqayıt”), Araz Abdullayev ("Anortosis”, Kipr), Dmitri Nazarov ("Erzgebirge”, Almaniya).
Hücumçular: Ramil Şeydayev, Mahir Mədətov (hər ikisi "Qarabağ”), Amil Yunanov ("Sumqayıt”)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook