SON XƏBƏR

Qüdsdə açılacaq ABŞ səfirliyin ilkin heyəti açıqlandı

May 12
09:36 2018
Qüdsdə açılacaq yeni ABŞ səfirliyin ilkin mərhələdə ən azı 50 əməkdaşı olacaq

Bu barədə 14 may tarixində açılışı gözlənilən ABŞ-ın İsraildəki səfirliyi haqqında danışan Tramp administrasiyası rəsmisi qeyd edib. 

Prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra ABŞ səfirliyi Tel Əvivdən Qüdsə keçirilir.

Səfirliyin açılışında təxminən 800 qonağın iştirakı gözlənilir. Rəsmilər bildirirlər ki, ABŞ nümayəndə heyətinin səfər zamanı fələstinli rəsmilərlə görüşü planlaşdırmır.

Səfirliyin ilkin heyətinə səfir Deyvid Fridmanın yardımçıları və ABŞ-ın konsulluq rəsmiləri daxildir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook