SON XƏBƏR

Qüdsdə ABŞ səfirliyinin açılışı oldu

May 14
17:28 2018
Qüdsdə (Yerusəlim) ABŞ-ın İsraildəki səfirliyinin açılış mərasimi keçirilib.

APA-nın verdiyi xəbərə görə, ABŞ dövlət başçısı Donald Tramp açılışda iştirak etməsə də, video görüntü ilə təbriklərini çatdırıb.

D.Tramp təbrikində qeyd edib ki, səfirliyin Qüdsə köçürülməsi ilə bağlı qərar şəhərin yeni sərhədlərini müəyyənləşdirmir. O, həmçinin bildirib ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi Vaşinqtonun ərəb-İsrail münaqişəsində yəhudi hökumətinin tərəfini saxladığını göstərir.

İsrailin baş naziri Binyamin Netanyahu isə qərarı düzgün sayıb və D.Trampa təşəkkür edib.

Mərasimə D. Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner də qatılıb.

Qeyd edək ki, səfirliyin açılışı fələstinlilərlə İsrail polisinin toqquşmaları ilə müşayiət olunur. Artıq toqquşmalarda 37 fələstinli həlak olub, 1500-ü yaralanıb.

Xatırladaq ki, D. Tramp ABŞ-ın İsraildəki səfirliyinin Tel-Avivdən Qüdsə köçürüləcəyini 2017-ci il dekabrın 6-da bəyan edib. Onun bu qərarı beynəxalq ictimaiyyət arasında böyük rezonansa səbəb olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook