SON XƏBƏR

Qüdrət Həsənquliyevdən təhlükəli AÇIQLAMA: - “Yeni ərazilərimiz işğal oluna bilər”

Oktyabr 01
13:31 2018
"Biz işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi hazırlamalıyıq”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ermənilər işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi istismar edirlər.

"Bundan əlavə, o ərazilərdə xarici şirkətlərin sayı artır. Hesab edirəm ki, biz bununla bağlı qanun qəbul etməliyik. Bundan sonra da həmin şirkətlər haqqından qanuna uyğun olaraq qərarlar qəbul edilməlidir”.

Q.Həsənquliyevin sözlərinə görə, hamıya da bəllidir ki, bizim torpaqlarımızı işğal edən ölkə Ermənistan deyil.

"Belə bir fikirlər səsləndirilir ki, Azərbaycan Ermənistanın öhdəsindən gələ bilmir. Bizim torpaqlarımız işğal edən ölkə Rusiyadır. Biz nə qədər hərbi potensialımızı artırsaq da, Rusiya Ermənistana hərbi dəstək verdi halda bizim torpaqlarımız işğaldan azad edilə bilməz. Hətta ola bilər ki, bu ölkələrin əlbirliyi ilə bizim yeni ərazilərimiz də işğal olunsun”. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook