SON XƏBƏR

Qüdrət Həsənquliyev tanınmış jurnalisti özünə müavin təyin etdi - FOTO

Yanvar 11
21:48 2021
Tanınmış jurnalist Əli Həziquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini vəzifəsinə təyin edilib. Əli Həziquliyev BAXCP-nin Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələrinə məsul olacaq.

Qeyd edək ki, Əli Həziquliyev Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, "Elçi” qəzetinin və eyni adlı saytın baş redaktorudur.

BAXCP-nin ilk qurultayından partiyanın sıralarında təmsil olunur. Daha əvvəllər BAXCP Ali Məclisinin və İdarə Heyətinin üzvü olub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook