SON XƏBƏR

Qubadakı konserv zavodları səhmdarlarına hesabat verəcək

Aprel 19
09:36 2017
İyunun 9-da saat 10:30-da "Quba konserv-1” ASC-nin, saat 12:00-da isə "Quba konserv-2” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaqlar hər iki Cəmiyyətin yerləşdiyi Quşa şəhəri, Vaqif küçəsi, 30 ünvanında olacaq.

Yığıncaqların gündəliyinə müəssisələrin illik hesabatının, balansının, mənfəət və zərər hesabatlarının təsdiq olunması məsələsi daxildir.

Xatırladaq ki, "Quba konserv-1” və "Quba konserv-2” ASC-lər müvafiq olaraq 2004-cü və 2002-ci illərdə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 896 852 manat və 497 608 manatdır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook