SON XƏBƏR

Qubada əmisi oğlunun arvadını qaçıran gənci döyərək öldürdülər

Oktyabr 22
10:40 2018
Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb.

25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir. (Report)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook