SON XƏBƏR

Qubad İbadoğlu: "Tarif Şurasının qərarı tikinti sektorunda tənəzzülü daha da dərinləşdirəcək"

Dekabr 07
01:16 2016
"Yeni tikililərdə sahəsi geniş olan mənzillərin satış və kirayə qiymətləri ucuzlaşacaq"

Tarif Şurasının son qərarı ilə əhalı qrup üzrə elektrik enerjisinin və qazın tariflərinin differensiallaşdırılması və minimum ehtiyacdan yuxarı olan istehlaka görə qiymətlərin kəskin artırılması mənzil və mülk bazarına da təsirsiz ötüşməyəcək. 

Belə ki, yeni tikililərdə və həyat evlərində geniş sahəli mənzillərin satış və kirayə qiymətləri daha ucuzlaşacaq. Buna müvafiq olaraq mərkəzləşdirilmiş istilik sisteminə malik olan köhnə tikili daş binalarda ekonom klass mənzillərin satış və kirayə qiymətlərində bahalaşma müşahidə olunacaq. Komunal tariflər həmçinin biznes mərkəzlərdə kirayə haqlarına artırıcı təsir göstərəcək. Mənzil bazarında baş verən qiymət dəyişiklikləri torpaq və tikinti materialları bazarında təlabatın azalmasına gətirib çıxaracaq. 

Bir sözlə, Tarif Şurasının son qərarı tikinti sektorunda tənəzzülü daha da dərinləşdirəcək. Məlumat üçün qeyd edim ki, 2016-cı ilin yanvar-oktyabr aylarında tikinti sektorunda istehsal keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalıb.

Qubad İbadoğlu, tanınmış iqtisadçı alim




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook