SON XƏBƏR

QRU-nun Balkan əməliyyatı: baş naziri öldürmək, ölkənin NATO üzvlüyünü əngəlləmək...

Fevral 19
13:20 2017
Böyük Britaniya hökumətindəki mənbələr əminliklə bildiriblər ki, Montenegronun baş naziri Milo Cukanoviçə ötən ilin payızında keçirilən parlament seçkiləri zamanı üstü açılmış sui-qəsd cəhdi Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanmışdı.
 
Virtualaz.org xəbər verir ki, bu barədə "The Telegraph” qəzeti yazır.
 
Qəzetin yazdığna görə qəsdin məqsədi Montenegronun NATO-ya üzvlüyünün qarşısını almaq olub. Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları bir neçə ay ərzində Cukanoviçi izləyib və bir qrup serb millətçisinin əliylə onu öldürməyi planlaşdırıb.
 
Məlumata görə ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın bu planda əli olduğuna dair dəlillər toplayıblar.
 
"Məqsəd hökumətin fəaliyyətini əngəlləmək və ya onu ələ keçirmək olub.Təsəvvür etmək mümkün deyil ki, bu cəhd Rusiya rəhbərliyinin dəstəyi olmadan baş tutub”-hökumətdəki mənbə bildirib.
 
Montenegronun müdafiə naziri Predraq Boşkoviç də bu qəsdin arxasında Rusiya kəşfiyyatının dayandığına heç bir şübhə qalmadığını deyib. Lakin əlavə detallar haqda danışmayıb.
 
Montenegroda dövlət çevrilişi cəhdini ABŞ dövlət katibi Reks Tilleron və Böyük Britaniya XİN rəhbəri Boris Conson da öz aralarında müzakirə edib. Xəbər verildiyi kimi Montenegro hüquq-mühafizə orqanları baş nazirə sui-qəsd hazırlığına görə Rusiya vətəndaşı Eduard Şirokovu və Vladimir Popovu axtarışa verib.
 
Rusiyanın bu kiçik Balkan ölkəsində çevriliş hazırladığı haqda ötən ilin oktyabrında məlum olmuşdu. Montenegro bir qrup Rusiya vətəndaşını "terror hazırlığına” görə ölkədən xaric edib. Ardınca Rusiya təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təcili bu ölkəyə səfər edib və üstü açılan qəsd planına görə qalmaqlı sakitləşdirməyə çalışıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook