SON XƏBƏR

Qoşqar Təhməzli: Qida məhsulları "bir pəncərə" prinsipi ilə qeydiyyata alınacaq

May 18
17:32 2018
Qida məhsulları "bir pəncərə" prinsipi ilə qeydiyyata alınacaq.
 
Bunu Qida Təhlükəsizliyi Agentliyini sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibısində bildirib.
 
Onun sözlərinə görə, qanuna əsasən ölkədə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri qida təhlükəsizliyi qeydiyyatından keçməklə məhsullarını reyestrə salacaqlar.
 
Agentliyin sədri bildirib ki, qida təhlükəsizliyi qeydiyyatına düşən müəssisələr ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar.
Eyni zamanda, idxalçı dövlətin istəyinə uyğun olaraq əgər müəssisəyə fitosanitar və baytarlıq nəzarətindən keçmək tələb olunarsa, agentlik bu sertifikatı verəcək. Qida Təhlükəsizliyi qeydiyyatı "ASAN xidmət"in "bir pəncərə" prinsipi ilə həyata keçiriləcək. Qeydiyyat qida təhlükəsizliyi kartı ilə veriləcək. Sertifikat üçün tələb olunan rüsumlar artıq Tarif Şurasına təqdim olunub. Təsdiq olunandan sonra rüsumların ödənilməsi "ASAN xidmət"in müvafiq bölmələrində həyata keçiriləcək.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook