SON XƏBƏR

Qorxmaz Hüseynov: 2017-ci ilin ötən dövrü su təsərrüfatı sektoru üçün mühüm hadisələrlə müşahidə olunub

Oktyabr 11
11:37 2017
«Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, onların kanalizasiya xidmətləri ilə təmin olunması sosial siyasətin əsas hədəflərindəndir. Cənab Prezident İlham Əliyevin  hər bir yaşayış məntəqəsinin keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən son illər Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə işlər hazırda da davam etdirilməkdədir». Bu fikirləri yap.org.az saytına müsahibəsində «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.
 
Q.Hüseynov bildirib ki, ümumilikdə götürsək, 2017-ci ilin ötən dövrü su təsərrüfatı sektoru üçün mühüm hadisələrlə müşahidə olunmuşdur. Onun sözlərinə görə, cari ilin martında cənab Prezidentin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” imzaladığı sərəncam xüsusi qeyd olunmalıdır. Sərəncama əsasən, 28  rayonun 170 yaşayış məntəqəsinin su təchizatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu layihələr çərçivəsində 271 min kənd sakini keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Məlumat üçün deyim ki, şəhər və rayon mərkəzləri ilə müqayisədə kəndlərin su təchizatının aparılması xüsusi yanaşma tələb edir. Belə ki, kəndlərin layihələri hazırlanarkən onların yerləşdiyi ərazilər, su mənbələrinə yaxınlığı, infrastruktur imkanları diqqətlə araşdırılır. Bunlar nəzərə alınaraq mütəxəssislərimiz tərəfindən qısa müddətdə layihələr işlənilmiş və may-iyun aylarında tikinti-quraşdırma işlərinə başlanılmışdır.
 
«Layihələrə əsasən bu kəndlərdə ümumi uzunluğu 531 km olan su xətlərinin tikintisi, 1400-ə yaxın bulağın quraşdırılması nəzərdə tutulmuşdur. İndiyədək 450 km-dən çox su xətləri çəkilmiş, 1000-dən artıq bulaq quraşdırılmışdır. 170 kəndin təqribən yarısında işlər yekunlaşmış və ilin sonuna qədər bütün kəndlərdə işlər başa çatdırılacaqdır. Möhtərəm Prezidentin  avqust-sentyabr aylarında imzaladığı sərəncamlarda Qax, Mingəçevir, Salyan, Biləsuvar şəhərlərində, həmçinin  Abşeron yarımadasında yerləşən bəzi qəsəbələrdə içməli su və kanalizasiya layihələrinin icrasının davam etdirilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Artıq  adıçəkilən yaşayış məntəqələrində işlərə başlanılmışdır»- deyə, Q.Hüseynov vurğulayıb.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook