SON XƏBƏR

"Qorotdel"də bu vəzifə ləğv olundu

Noyabr 28
11:38 2020
Bakı şəhər Baş Polis İdarəsində Mətbuat xidməti vəzifəsi ləğv edilib.

Xəbərə görə, bundan öncə bu vəzifəni polis mayoru Elşad Hacıyev tuturdu. E.Hacıyev hazırda DİN Mətbuat xidmətinin şöbə rəisidir.

Bundan əlavə, Bakı şəhər BPİ tərəfindən 1993-cü ildə təsis edilən "Polis” qəzeti də fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.

Qafqazinfo.az







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook