SON XƏBƏR

Qorbaçov Almaniyadakı villasını satışa çıxarıb

Fevral 23
18:13 2017
SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Almaniyadakı villasını satışa çıxarıb.
 
Bu barədə «Süddeutsche Zeitung» qəzeti məlumat yayıb.
 

 
Bavariyada yerləşən, ümumi sahəsi 2,6 min kv.m. olan mülkün 7 milyon avro dəyərində olduğu bildirilir.
 
Qəzet yazır ki, şəhər meri Qorbaçovu son dəfə bu ərazidə 3 il əvvəl görüb. Əvvəllər isə yerli sakinlər onunla küçə və restoranlarda tez-tez rastlaşırmışlar.

1908-ci ildə inşa edilən, 17 otaqdan ibarət olan mülk 2006-cı ildə Qorbaçovun qızı İrina Virqanskayanın adına alınıb.
 
(Azadlıq.info)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook