SON XƏBƏR

Qobustanda uşaq bağçasının tikintisi başa çatıb

Mart 04
12:05 2016
Qobustan şəhərinin "Yeni massiv” adlanan hissəsində inşa edilən 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi başa çatıb və hazırda binada son tamamlama işləri aparılır.
 
AZƏRTAC xəbər verir ki, qobustanlı fidanlar üçün gözəl hədiyyə olacaq bu bina ikimərtəbəlidir və müasir arxitektura üslubunda inşa edilib.
 
Geniş və işıqlı yemək otağı, məşğələ və oyun zalları, istirahət, tibbi xidmət və s. otaqlar balacaların təlim-tərbiyəsi və onlara hər cür xidmət göstərmək üçün gözəl şəraitə malikdir.
 
Bina müasir istilik sistemi ilə təchiz olunub. Uşaq bağçası-körpələr evinin 0,35 hektarlıq həyətyanı sahəsində yaşıllıqlar salınacaq, oyun avadanlıqları quraşdırılacaq.
 
Müəssisənin cari ilin ikinci rübünün sonunda istifadəyə verilməsi nəzərdə tutulub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook