SON XƏBƏR

Qızına 400 minə toy edən halal pul qazandığını iddia edir - "Axı nə etmişəm ki, haqqımda araşdırma da aparılsın, işdən çıxarılım?"

Aprel 28
10:45 2017
Qızı Aysel Şükürovaya dəbdəbəli toy etməsi ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov işdən çıxarılması və fəaliyyəti barəsində araşdırma başladılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Q.Şükürov "Ölkə.Az”-a açıqlamasında yayılan xəbərlərin yalan olduğunu söyləyib:

"Bilmirəm bu cür xəbərləri haradan tapıb yayırlar, ancaq həmin məlumatların hamısı yalandır. Mənim fəaliyyətimlə bağlı heç bir araşdırma yoxdur və bu barədə heç bir qurumdan müraciət olunmayıb. Axı nə etmişəm ki, haqqımda araşdırma da aparılsın, işdən çıxarılım? Bu cür xəbərləri dəqiqləşdirib yaymaq lazımdır”. 

Xatırladaq ki, "Qafqazinfo” saytı hüquq-mühafizə orqanlarından bu barədə məlumat əldə etdiyini iddia edərək Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun fəaliyyəti barəsində araşdırma başladıldığnı yazıb:

"Məlumata görə, günlərdir keçmiş həyat yoldaşından ayrılaraq yenidən ailə quran və özünə dəbdəbəli nikah-toy mərasimləri təşkil edən və bunu nümayişkaranə şəkildə internetdə yerləşdirən məmur övladı Aysel Şükürovanın qalmaqalı artıq ən üst dairələrin də diqqətini çəkib.
Qızın yeni həyat yoldaşı ilə bahalı həyat tərzi sürməsinə məhz atası, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun məmur kimi qazandığı pulların səbəb olması ilə bağlı ittihamlar onun barəsində araşdırmaların başlamasına səbəb olub.

Belə ki, artıq Bakının bütün əraziləri üzrə Bakı Lift İdarəsinin fəaliyyəti, liftlərin kimlər və hansı qaydalarla quraşdırılması, onlara xidmət və digər məsələlər ətrafında hesabatın hazırlanaraq müvafiq qurumlara təqdim olunmasına dair göstəriş verilib”.

Qeyd edək ki, bir neçə gündür yerli mətbuatda Qüdrət Şükürovun 30 milyon manatlıq dövlət vəsaitinin əhəmiyyətli hissəsini mənimsədiyi haqda iddialar səsləndirilməkdədir. Buna görədir ki, artıq onun barəsində hüquqi araşdırmaların başlandığı da iddia olunur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook