SON XƏBƏR

“Qismət-M Construction” şirkəti Yasamalda ağacları kəsir - FOTO

İyul 20
13:35 2018
Yasamal rayonu Şərifzadə 168 A ünvandakı binanın həyətində yerləşən parkın ağacları "Qismət-M Construction” tikinti şirkəti tərəfindən kəsilib.

Bu barədə bina sakinləri Axar.az-a ünvalandıqları şikayət məktubunda qeyd ediblər. Onlar ağacların kəsilməsinə səbəb kimi şirkət tərəfindən tikilən yeni binanın qarajına yol çəkilməsini göstəriblər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən "Qismət-M Construction” tikinti şirkətinin nümayəndəsi şikayətlərin əsassız olduğunu bildirib:

"Biz köhnə binanın yerinə yenisini tikirik və binanın həyətinə heç bir zərər vurmamışıq. Qaraja hələ heç yol çəkilməyib. Hamısı yalan məlumatdır. Biz binanı tikib, sakinləri yerləşdirdikdən sonra qaraj haqqında fikirləşəcəyik”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə Axar.az-a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.Yasamalda şirkət ağacları kəsir - Foto
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook