SON XƏBƏR

Qırğızıstanda rusca dövlət dili olaraq qaldı

Mart 27
10:41 2019
Rus dili Qırğızıstanda öz rəsmi statusunu qoruyub saxlayacaq.

Kult.az xəbər verir ki, bunu Qırğızıstan-Rusiya universitet rektorlarının forumunda çıxışı zamanı Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov deyib. O bu statusun gələcəkdə də ləğv edilməyəcəyini bildirib.

Qeyd edək ki, Qırğızıstan konstitusiyasında rus dili qırğız diliylə bərabər rəsmi statusa sahibdir. Buna əsasən, ölkədə bütün rəsmi sənədlər iki dildə hazırlanmalı, məktəblərdə və ali təhsil ocaqlarında rus və qırğız dili şöbələri fəaliyyət göstərməlidir. Bundan öncə müxalifət partiyaları ölkədə rus dilinin statusunun ləğv edilməsini tələb etsələr də, hökumət buna qarşı çıxıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook