SON XƏBƏR

QHT Şurası köhnə tamaşaya yeni adı ilə 3 min manat qrant ayırıb? - Təfsilat

Sentyabr 30
23:01 2018
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnəlişdirilən türk yazar Zihni Papaqçının müəllifi olduğu "Soyqırımı tarixinin dastanı"nı yeni əsər kimi "2018-ci ildə İrəvan və Zəngəzuru təbliğ edən layihələr" sıyahısına qəbul edərək qrant ayırıb. 
 
Bu barədə Qlobal.az-ın əldə məlumatda deyilir.
 
Məlumata görə, Şuraya təqdim olunan bu layihə İrəvan Mədəni İrsinin Təbliği İctimai Birliyi" və İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən təqdim olunub. 
 
Layihəyə Şura tərəfindən 3 min manat ayrıldığı deyilir.
 
7 illik səhnə ömrü olan bu əsərin tamaşaçılara Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlandığı deyilir. 
  
Həmçinin, adıçəkilən tamaşanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsinin şərtlərinə də uyğun gəlmədiyi deyilir.
 
Belə ki, qeyd edilən tamaşanın mahiyyəti Şuranın elan etdiyi məlum müsabiqədəki 9 şərtə uyğun gəlmir. 
 
Şuranın elan etdiyi həmin müsabiqədə elan edilən şərtlər XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə dair təşəbbüslər, Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya olunması ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması, işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun maddi mədəniyyət abidələrinin, toponimlərinin saxtalaşdırılması, qanunsuz iqtisadi fəaliyyət və təbii sərvətlərin istismarına dair faktların beynəlxalq ictimaiyyətə çatdırılması, 1988-ci ildən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili, "1918-ci il azərbaycanlılarının soyqırımının yüzüncü ildönümü” ilə bağlı təşəbbüslər, Ailə institutunun inkişafı və nikah münasibətlərinin möhkəmləndirilməsinə dair təşəbbüslər, Vətəndaş cəmiyyəti institutlarının inkişafına dair təşəbbüslər, Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizəyə dair təşəbbüslər və Azərbaycanda mədəni müxtəlifliyin təbliğinə dair təşəbbüslər olub. 
 
Ancaq Şuranın elan etdiyi müsabiqəyə təqdim olunan və qrant alan 45 dəqiqəlik "Soyqırımı tarixinin dastanı" tamaşası ermənilərin türklərə qarşı törətdikləri soyqırımlarından, Nuri Paşadan, Xocalı soyqırımından və Mübariz İbrahimovdan bəhs edən 2-3 dəqiqəlik epizodlardan ibarətdir.
 
Məlumata görə bədii cəhətdən olduqca primitiv olan bu tamaşada nəinki İrəvan mədəni irsi təbliğ olunur, heç o yerlərin, İrəvanın, Zəngəzurun adları da çəkilmir.

Məsələyə QHT-lərə Dövlət Dəstəyi Şurasından münasibət öyrənmək üçün etdiyimiz müraciətə hələ ki, qurum tərəfindən cavab verilməyib. 
 
Adışəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook