SON XƏBƏR

Qəzza qarışdı: 16 fələstinli öldürüldü, 900 yaralı var (FOTOLAR)

May 14
15:31 2018
Bu gün Qüdsdə ABŞ-ın İsrail səfirliyinin açılışı keçiriləcək.

Qaynarinfo Haaretz-ə istinadən xəbər verir ki, Qəzza bölgəsində ABŞ və İsrail əleyhinə etiraz aksiyalarına start verilib. Nümayişlərdə 35 min nəfər iştirak edir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, sərhəddə yaşanan qarşıdurmalarda artıq 16 fələstinli öldürülüb, 900 nəfər isə yaralanıb. İsrail əsgərləri nümayişçilərə atəş açır. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin 6 dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etmiş və səfirliyin Tel-Əvivdən bu şəhərə köçürüləcəyini vəd etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook