SON XƏBƏR

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO

Avqust 19
12:16 2019
Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin "qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə "qara qutunun” texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook