SON XƏBƏR

Qətər XİN rəhbəri ölkəsinin ekstremizmi maliyyələşdirməsinə dair ittihamları rədd edib

İyun 07
00:14 2017
Qətər XİN rəhbəri Məhəmməd Abdurrəhman Əl Tani ölkəsinin ekstremizmi maliyyələşdirməsinə dair ittihamları rədd edib. APA-nın xəbərinə görə, bu barədə nazir CNN telekanalına müsahibəsində bildirib.

"Biz terrorun maliyyələşdirilməsi ilə mübarizə aparırıq və dünyanı potensial terrorçulardan qoruyuruq”, - deyə o bildirib. 

Məhəmməd Abdurrəhman Əl Tani Qətərin müxtəlif ekstremist qruplaşmalarını dəstəkləməsinə dair xəbərlərdə ziddiyyətlərin olduğunu qeyd edib. "Həmin bəyanat ziddiyyətlərlə doludur: guya biz bir tərəfdən İranı, digər tərəfdən isə Suriyadakı anti hökumət qruplaşmalarını, Yəməndə "Müsəlman qardaşlar”ı və husiləri dəstəkləyirik”, - deyə nazir bildirərək, Qətərin münaqişənin nizamlanmasına dair danışıqlara hazır olduğunu bir daha qeyd edib. 

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən, Maldiv və Mavriki də Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bəyan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook